Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək 

10:00 - 21 Aprel 2026

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək 

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.


Manset.az xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.

Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az