Nərimanov rayonunda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Elçin Kərimbəylinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.
Manset.az xəbər verir ki, "Azfar" şirkətlər qrupunun stadionunda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Elçin Kərimbəylinin xatirəsinə həsr edilmiş minifutbol turniri baş tutub. Turnirdə şəhid Elçin Kərimbəylinin atası Əli Kərimbəyli, qardaşı Samir Kərimbəyli, rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin bədən tərbiyəsi müəllimləri və futbol komandaları iştirak ediblər.
Turnirin sonunda qalib komandalara şəhid ailəsinin iştirakı ilə müvafiq dərəcəli diplom, şəhidin atası Əli Kərimbəyliyə isə turnirin xatirə diplomu təqdim edilib.