Sumqayıtda avtobus əks zolağa çıxaraq təhlükə yaratdı - ANBAAN VİDEO

17:27 - 23 Aprel 2026

Sumqayıtda avtobus əks zolağa çıxaraq təhlükə yaratdı - ANBAAN VİDEO

Sumqayıt şəhərində sərnişin avtobusunun kobud qayda pozuntusu edərək hərəkət iştirakçılarını təhlükəyə atdığı anlar qeydə alınıb.


Manset.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə sərnişinlə dolu avtobusun işıqforun qırmızı işığı yandığı halda əks hərəkət zolağına çıxaraq ötmə etdiyi qeydə alınıb. Bu hərəkət həm işıqfor qarşısında gözləyən nəqliyyat vasitələrinə, həm də qarşıdan gələn avtomobillərə ciddi maneə yaradıb və qəza riskini artırıb.

Şikayətlərdə o da qeyd olunub ki, Sumqayıt şəhəri ərazisində 7 nömrəli xətt üzrə hərəkət edən bir çox avtobusların sürücüləri yol hərəkəti qaydalarına əməl etmirlər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az