Qəhvənin bilinməyən tərəfləri ortaya çıxdı - Bu hallarda sağlamlığa faydalıdır

15:33 - 27 Aprel 2026

Qəhvənin bilinməyən tərəfləri ortaya çıxdı - Bu hallarda sağlamlığa faydalıdır

Yeni araşdırmalara görə, kofe yalnız səhər oyandıqda enerjini artırmaqla kifayətlənmir. Müntəzəm kofe istehlakı bağırsaq mikrobiyotası üzərində müsbət təsir göstərə, stress səviyyələrini azalda və zehni performansı artırmağa kömək edə bilər.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, kofe illərdir enerji verən içki kimi qəbul edilir. Lakin son tədqiqatlar qəhvənin bağırsaq və beyin sağlamlığı üzərində də müsbət təsirləri ola biləcəyini göstərir. İrlandiyanın Cork Universitetində aparılan araşdırmada həm kofeinin olduğu, həm də kofeinsiz kofenin bağırsaq bakteriyalarını müsbət təsir edə biləcəyi aşkar edilib.


"Nature Communications" jurnalında dərc olunan tədqiqatda 62 iştirakçı izlənilib. İştirakçıların yarısı müntəzəm olaraq qəhvə içir, digər yarısı isə qəhvə içmirdi. Qəhvə içən qrupa iki həftə ərzində qəhvədən imtina etmələri istənildi. Bu müddətdə bağırsaq mikrobiyotasında əhəmiyyətli dəyişikliklər müşahidə edilib. Qəhvə yenidən istehlak edilməyə başlandıqda isə iştirakçılar stres, depressiya və impulsivlik səviyyələrində azalma olduğunu bildirdilər. Araşdırmada kofeinsiz qəhvənin öyrənmə və yaddaşa faydalı ola biləcəyi, kofeinin isə diqqət, ayıqlıq və narahatlıq səviyyələrini müsbət təsir edə biləcəyi qeyd olunub. Mütəxəssislərə görə, qəhvənin təsiri yalnız kofeinlə bağlı deyil. İçərisindəki polifenollar kimi birləşmələr iltihabı azalda bilər, hüceyrə zədələnməsini məhdudlaşdıra və beyin sağlamlığını dəstəkləyə bilər.


Tədqiqatın baş yazarı Prof. Dr. John Cryan qəhvənin sağlam və balanslı pəhrizin bir hissəsi olaraq qiymətləndirilə biləcəyini söyləyib. Mütəxəssislər həddindən artıq olmamaq şərti ilə istehlak edilən kofenin həzm sistemi və ruh halı üzərində faydalı təsirlər verə biləcəyini, lakin şəxsi sağlamlıq vəziyyətinə görə istehlak miqdarının dəyişə biləcəyini xatırladırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az