Bir tərəfdən ölkədə balıq ovu qadağandır, digər tərəfdən də İrandan gələn məhsulun həcmində ciddi azalma var. Bəs belə bir vəziyyətdə bazardakı tələbat necə ödənilir?
Bazarda xarici balıqların qiymət baxımından daha sərfəli olması alıcıların da seçiminə təsir edir. Bu səbəbdən də Rusiya və Türkiyədən gətirilən spesifik balıq növləri piştaxtalarda xüsusilə üstünlüyə malikdir.
Mütəxəssislər də idxalda liderlik edən ölkələrin artıq dəyişdiyini təsdiqləyirlər. Əvvəllər İran və Rusiya məhsulları bazarda əsas paya sahib idisə, hazırda Türkiyədən gətirilənlər önə çıxıb. Eyni zamanda, daxili bazardakı boşluğu doldurmaqda yerli balıqçılıq təsərrüfatlarının da rolu böyükdür.
Beləliklə, ov qadağası daxili bazarda balıq qıtlığına səbəb olmayıb. Yerli təsərrüfatlar və qonşu ölkələrdən gələn idxal məhsulları sayəsində bazarda tarazlıq qorunur.