“Urban Expo” sərgisi davam edir - FOTOLAR

18:11 - 20 May 2026

“Urban Expo” sərgisi davam edir - FOTOLAR

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan “Urban Expo” sərgisi davam edir.


Manset.az xəbər verir ki, WUF13-un sərgi platforması kimi fəaliyyətə başlamış “Urban Expo” həm dayanıqlı, həm də iqlimədavamlı, o cümlədən inklüziv mənzil təminatı və şəhərsalma üzrə innovativ həll variantlarını və ideyaları nümayiş etdirmək üçün dünyanın müxtəlif ölkə və şəhərlərini, eləcə də şirkət və təşkilatları bir araya gətirir.

Həmin şirkətlərdən biri də “Bakı Mexanizasiya Nəqliyyat” ASC-dir.

Dörd gündür davam edən sərgidə 1924-cü ildən fəaliyyət göstərən ASC-nin stendi ziyarətçilərin diqqətini cəlb edir.

Bir sıra rəsmilər, özəl şirkət nümayəndələri stendə baş çəkib, görülən işlərlə maraqlanıblar. 

Şirkətin tikinti və infrastruktur sahəsində 100 ildən artıq təcrübəyə malik olması, eləcə də iri miqyaslı layihələrin icrasında iştirak etməsi nümayiş olunan stendə olan marağı daha da artırıb.

Sərgi çərçivəsində şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumatlar təqdim olunub. 

Qeyd edək ki, “Urban Expo” sərgisi WUF13 çərçivəsində dövlət qurumları və özəl sektor nümayəndələrinin bir araya gəldiyi, innovativ şəhərsalma və infrastruktur həllərinin təqdim olunduğu əsas platformalardan biri hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az