Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, Namiq Cəfərov Göygöl Rayon İcra başçısının birinci müavini təyin edilib.
Qeyd edək ki, bu təyinatadək Namiq Cəfərov Rayon İcra Hakimiyyətində Ərazi İdareətmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.