"WUF tədbirlərində əlilliyi olan şəxslərlə görüş  xüsusi əhəmiyyət daşıdı" - Ombudsman

21:41 - 20 May 2026

\"WUF tədbirlərində əlilliyi olan şəxslərlə görüş  xüsusi əhəmiyyət daşıdı\" - Ombudsman

"WUF çərçivəsində keçirilən tədbirlər zamanı əlilliyi olan şəxslərlə görüşmək, onların səmimi enerjisini və həyata baxışını yaxından hiss etmək mənim üçün xüsusi əhəmiyyət daşıdı".


Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vurğulayıb.

"Bir daha əmin oldum ki, inklüziv cəmiyyət yalnız hüquqi anlayış deyil bu, hər bir insanın özünü dəyərli, bərabər və cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etdiyi həyat modelidir. Əlilliyi olan şəxslərin təhsildə, ictimai həyatda, şəhər mühitində və bütün digər sahələrdə fəal iştirakı insan hüquq və azadlıqlarının real təminatının ən vacib göstəricilərindəndir. Cəmiyyətimizin inkişafı hər kəs üçün bərabər imkanların yaradılmasından keçir. Heç kəs diqqətdən kənarda qalmamalıdır!", - deyə o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az