Nural Əliyev vəzifəsindən azad ediləcək

14:41 - 22 May 2026

Nural Əliyev vəzifəsindən azad ediləcək

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.

Qeyd edək ki, Nural Turab oğlu Əliyev 1986-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetin Hüquq fakültəsini bitirib. 2009-2016-cı illərdə Ali Məhkəmənin katibi, 2016-2018-ci illərdə Sabunçu Rayon Prokurorluğunda müstəntiq vəzifələrində çalışıb.

O, 2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub. N.Əliyev 2022-ci ilin dekabr ayının 23-də Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi ilə bağlı 5 iclas hakim Nural Əliyevin sədrliyində keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az