Ölkə üzrə qurbanlıq qoyunların qiymətində artım müşahidə olunur.
Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hazırda paytaxt bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdan başlayır.
Qurbanlıq qoyunların ötən il 250-280 manat arasında dəyişən minimal qiyməti bu il 300-340 manata yüksəlib.
Diri çəki ilə hesablama aparılarkən qoyunların kiloqramı çəkidən asılı olaraq 9.50-11 manat aralığında təklif edilir.
Bölgələrdə isə qiymətlər paytaxta nisbətən fərqlidir. Buna baxmayaraq, qiymətlər ötən ildən yüksəkdir.
Regionlarda fərdi təsərrüfatlardan birbaşa satış olduğu üçün daha az çəkili və yerli otlaqlarda bəslənmiş erkək quzuları 250-270 manatdan almaq mümkündür.
Qurbanlıq heyvan satışı ilə məşğul olanların sözlərinə görə, bu il tələbat əvvəlki illərlə müqayisədə azalıb.
Dha ətraflı videomaterialda: