logo
logo logo
logo

Məhkəmə məktəb direktorunun tələbini əsassız hesab etdi

19:49 - 16 İyun 2026

Məhkəmə məktəb direktorunun tələbini əsassız hesab etdi

Laçın rayonu Taxtakörpü tam orta ümumtəhsil məktəbində aparılmış yoxlama zamanı müəssisənin fəaliyyətində ciddi nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntular əsasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 12 fevral 2026-cı il tarixli əmri ilə müəssisənin direktoru Məmmədov Səxavətin əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.


Manset.az xəbər verir ki, sabiq direktor əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və işə bərpa tələbi üzrə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Aparılmış araşdırma nəticəsində iddia tələbi əsassız hesab edilib və rədd edilib.

Məhkəmə işəgötürən tərəfindən qəbul edilmiş əmrin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən etmiş və əmək münasibətlərinə xitam verilməsi üçün hüquqi əsasların mövcudluğunu təsdiq edib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az