logo
logo logo
logo

Bu ölkə də uşaqlara sosial medianı qadağan edir

08:40 - 17 İyun 2026

Bu ölkə də uşaqlara sosial medianı qadağan edir

İngiltərədə 16 yaşdan kiçik uşaqların sosial mediaya girişi qadağan ediləcək.


Manset.az xəbər verir ki, bu barədə İngiltərənin Baş naziri Kir Starmer mətbuat konfransında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, sosial medianın həm faydalı, həm də zərərli tərəfləri olsa da, onun fikrincə, uşaqların qorunması baxımından tam qadağa ən doğru addımdır.

Starmerin sözlərinə görə, sonsuz məzmun axını uşaqları ekrana aludə edir, onları dərsdən, kitab oxumaqdan, dostları ilə vaxt keçirməkdən və vaxtında yatmaqdan uzaqlaşdırır.

Baş nazir əlavə edib ki, qadağanı aşmaq üçün istifadə oluna biləcək VPN xidmətləri də məhdudiyyətlərə daxil ediləcək. Bununla yanaşı, Yutub kids və Quqıl Klasrum kimi təhsil və uşaqlar üçün nəzərdə tutulmuş platformalar istisna təşkil edəcək.

Starmer vurğulayıb ki, bu qərar ifadə azadlığının məhdudlaşdırılması deyil, uşaqların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az