logo
logo logo
logo

1 vəkilə xəbərdarlıq edildi - 5 vəkil cərimələndi

14:11 - 17 İyun 2026

1 vəkilə xəbərdarlıq edildi - 5 vəkil cərimələndi

2026-cı il iyunun 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Manset.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil xaric edilib, 1 vəkilə xəbərdarlıq edilib, 5 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az