logo
logo logo
logo

Ötən tədris ilində Azərbaycanda vəfat edən tələbələrin SAYI 

21:31 - 19 İyun 2026

Ötən tədris ilində Azərbaycanda vəfat edən tələbələrin SAYI 

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Bildirilib ki, onlardan 33-ü bakalavriat, 5-i magistratura, 67-si tam orta ixtisas, 95-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Bundan başqa, 2025-ci ildə akademik borca görə 938, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 926 , təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə 12 969 tələbə universitetdən xaric edilib.

Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 115 olub.

Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı isə 114 nəfər olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az