Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi dünyasını dəyişib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ADPU məlumat yayıb.
Bildirilib ki, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Pərişan Məhərrəm qızı Həsənova vəfat edib.