logo
logo logo
logo

Beynin işini dəyişən 3 məşhur elmi təcrübə açıqlanıb

08:20 - 22 İyun 2026

Beynin işini dəyişən 3 məşhur elmi təcrübə açıqlanıb

Beynin necə işlədiyini anlamağa imkan verən üç məşhur elmi təcrübə barədə yeni məlumatlar təqdim olunub.


Manset.az xəbər verir ki, araşdırmalarda qeyd olunur ki, 1960-cı illərdə aparılan "beyin yarılması" təcrübələri göstərib ki, beyin yarımkürələri müəyyən funksiyaları fərqli şəkildə yerinə yetirir. Məsələn, sol yarımkürə nitq, sağ yarımkürə isə məkan qavrayışı ilə daha çox bağlıdır.

Digər məşhur hadisə Henry Molaison (H.M.) adlı pasiyentlə bağlıdır. Onun hipokampusunun bir hissəsi çıxarıldıqdan sonra yeni xatirələr formalaşdırmaq qabiliyyəti ciddi şəkildə zəifləyib. Lakin o, yeni hərəkət bacarıqlarını öyrənməyə davam edə bilib. Bu isə yaddaşın vahid sistem olmadığını sübut edib.

Üçüncü araşdırma isə komada və ya vegetativ vəziyyətdə olan bəzi pasiyentlərlə aparılıb. MRT müayinələri zamanı onların beyin aktivliyi sağlam insanlarla oxşar şəkildə reaksiya verib. Bu isə bəzi hallarda şüurun tam itirilmədiyini göstərib.

Mütəxəssislər bildirirlər ki, bu tədqiqatlar beynin funksiyası, yaddaş və şüur anlayışlarının daha dərindən başa düşülməsinə ciddi töhfə verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az