Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Kamran Yusifov bir neçə gün əvvəl DGK sədri Şahin Bağırovun əmri ilə vəzifəsindən azad edilib.
Manset.az Unikal-a istinadən xəbər verir ki, Balakən Gömrük İdarəsinin rəisi vəzifəsi müvəqqəti olaraq gömrük xidməti polkovniki Rüstəmov Elçin Ədalət oğluna həvalə edilib.
Qeyd edək ki, E.Rüstəmov DGK-nin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisidir.