Xəzər rayonunun Mərdəkan çimərliyində baş verən faciə nəticəsində batan 4 gəncdən 3-nün meyiti tapılıb.
Manset.az xəbər verir ki, dalğıc-xilasedicilərin apardığı axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Namiq Əzimovun, 2005-ci il təvəllüdlü Elnur Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar Əbdülovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2003-cü il təvəllüdlü Pərviz Məcidovun axtarışları isə davam etdirilir.
Məlumata görə, faciə nəticəsində həyatını itirən Elnur və Elmar Əbdülov qardaş olublar.
Faciəvi şəkildə həyatını itirən gənclərin fotolarını təqdim edirik.