“Zeytun Bağları” markası ekoloji dəyərlərə
sadiqliyini davam etdirərək növbəti sosial məsuliyyət təşəbbüsünü həyata
keçirib. Bu dəfə marka Xəzər dənizinin Şüvəlan sahilində təmizlik aksiyası
keçirib.
Manset.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi
ilə həyata keçirilən aksiyada “Zeytun Bağları” brendinin əməkdaşları ilə
yanaşı, Azersun Holdinqin müxtəlif kateqoriyalarını təmsil edən əməkdaşlar və
eləcə də könüllü ekofəallar fəal iştirak ediblər.
“Yaşıl gələcək,
bizimlə gələcək” şüarını əsas tutan “Zeytun Bağları” mütəmadi olaraq ekoloji təşəbbüslərə
dəstək verir. Və bu aksiyanın da əsas məqsədi yalnız sahillərin təmizlənməsi
deyil, eyni zamanda cəmiyyətdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi, təbiətə
qayğı mədəniyyətinin təşviqi və ətraf mühitin qorunmasının hər kəsin ortaq məsuliyyəti
olduğuna diqqət çəkmək olmuşdur.
Bu təşəbbüs bir daha göstərir ki, “Zeytun Bağları”
keyfiyyətli məhsulları ilə yanaşı, sosial və ekoloji məsuliyyət prinsiplərinə
sadiq qalan brend olaraq fəaliyyətini davam etdirir.
Bu baxımdan, hər kəsi ətraf mühitə qarşı həssas
olmağa, istirahət etdikləri məkanları təmiz saxlamağa və təbiətin qorunmasına
öz töhfəsini verməyə çağırırıq.
Birlikdə daha təmiz sahillər və daha yaşıl gələcək
naminə!