logo
logo logo
logo

Qəhvənin faydaları və riskləri 

20:32 - 24 İyun 2026

Qəhvənin faydaları və riskləri 

Mütəxəssislər bildirirlər ki, qəhvə düzgün miqdarda qəbul edildikdə sağlamlığa faydalı ola bilər. Araşdırmalara görə, gündə 3-5 fincan qəhvə ürək-damar xəstəlikləri, 2-ci tip diabet, insult və demensiya riskinin azalması ilə əlaqələndirilir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bununla yanaşı, şəkər, sirop və qaymaq əlavə olunan qəhvə içkiləri artıq kalori və şəkər səbəbindən sağlamlığa mənfi təsir göstərə bilər.

Endokrinoloq Dr. Sezin Doğan Çakır qeyd edib ki, sağlam yetkinlər üçün gündə 3-4 fincan qəhvə ümumilikdə təhlükəsiz hesab olunur. Həddindən artıq istehlak isə ürəkdöyünmə, mədə problemləri, narahatlıq və yuxu pozğunluqlarına səbəb ola bilər.

Mütəxəssis qəhvənin əsasən səhər saatlarında qəbulunu tövsiyə edib, hamilə qadınların və bəzi xroniki xəstəlikləri olan şəxslərin isə qəhvə istehlakında daha diqqətli olmalarını vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az