logo
logo logo
logo

Gündə 8 saat oturmağın ürəyə zərəri - Yeni araşdırma

22:40 - 24 İyun 2026

Gündə 8 saat oturmağın ürəyə zərəri - Yeni araşdırma

Çinli tədqiqatçıların 10 illik araşdırmasına görə, gündə 6 saatdan çox oturmaq sağlamlığa mənfi təsir göstərir və ürək-damar xəstəlikləri riskini artırır.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 41 mindən çox insan üzərində aparılan tədqiqatda ən aşağı riskin gündə orta hesabla 4 saat oturan şəxslərdə olduğu müəyyən edilib. 8 saatdan çox oturma isə xolesterolun yüksəlməsi və ürək xəstəlikləri riskinin 150%-ə qədər artması ilə əlaqələndirilib.

Mütəxəssislər bildirirlər ki, uzun müddət hərəkətsizlik piylənmə və digər xroniki xəstəliklərin riskini də artırır. Hətta gündə 30 dəqiqəlik fiziki aktivlik belə ölüm riskini azalda bilər.

Araşdırma nəticələri göstərir ki, oturma müddətinin azaldılması və fiziki aktivliyin artırılması sağlamlıq üçün vacib amildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az