Mütəxəssislər bildirirlər ki, D vitamini çatışmazlığı bir çox xəstəliklərin yaranma riskini artıra bilər. Akdeniz Universitetindən professor Dr. Ayşe Akman qeyd edib ki, bu vitaminin azlığı tərləmə, saç tökülməsi, sümük sınıqları və immun sisteminin zəifləməsi kimi problemlərə səbəb ola bilər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, günəş işığı D vitamininin əsas mənbəyidir, lakin uzun müddət günəşdə qalmaq dəridə zədələnmə və dəri xərçəngi riskini də artırır.
Mütəxəssis vurğulayıb ki, bəzi hallarda genetik və metabolik səbəblərdən D vitamini çatışmazlığı yarana bilər və bu zaman analiz verilib, həkim məsləhəti ilə əlavə qəbul edilməlidir.
Həmçinin günəşdən qoruyucu vasitələrin düzgün seçilməsi və dermatoloq məsləhəti ilə istifadə olunması tövsiyə edilir.