logo
logo logo
logo

Sabah bu ərazilərə yağış yağacaq - Külək əsəcək

13:30 - 26 İyun 2026

Sabah bu ərazilərə yağış yağacaq - Külək əsəcək

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.


Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata əsasən, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv yağışların olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi bildirilir.

Havanın temperaturu gecə 19-23°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi bildirilir.

Havanın temperaturu gecə 19-22°, gündüz 28-33°, dağlarda gecə 9-14°, gündüz 17-22°, bəzi yerlərdə isə 24-26° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az