Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin Manset.az-a verdiyi məlumata görə, iyunun 29-da cənub-qərb küləyi səhər saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 21-22 dərəcə təşkil edəcək.