Azərbaycanda 63 yaşlı qadın ana olub
Manset.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qadının həkimi, tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov bildirib ki, o, bir neçə uğursuz süni mayalanma cəhdindən sonra övlad sahibi ola bilib.
Bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər qadını təbrik edərək ona xoş arzularını çatdırıb. Digərləri isə bu yaşda ana olmasını düzgün hesab etmədiklərini bildirərək tənqidi fikirlər səsləndiriblər.