logo
logo logo
logo

"Yaxşı müəllim olmaq yaxşı direktor olmaq demək deyil"

11:19 - 30 İyun 2026

\"Yaxşı müəllim olmaq yaxşı direktor olmaq demək deyil\"

"Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq. Məktəbi idarə etmək üçün idarəetmə bacarıqları, strateji düşüncə və liderlik keyfiyyətləri vacibdir. Məktəbə rəhbərlik edən şəxs bu sahədə peşəkar olmalıdır".


Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib.

Nazir qeyd edib ki, yaxşı direktorun formalaşması üçün də müəyyən inkişaf mərhələləri olmalıdır. Güclü direktor olmaq üçün əvvəlcə səriştəli direktor müavini, metodist kimi fəaliyyət göstərmək, məktəb idarəçiliyinin bütün mərhələlərini öyrənmək və möhkəm peşəkar baza qazanmaq vacibdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az