logo
logo logo
logo

Şagird məktəbə telefon apara bilər? - Nazir açıqladı

12:05 - 30 İyun 2026

Şagird məktəbə telefon apara bilər? - Nazir açıqladı

Elm və təhsil naziri Emin Əmrullayev şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsinin qadağan olunması ilə bağlı qərarı şərh edib.


Manset.az-ın məlumatına görə, nazir bildirib ki, məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı qaydaların tətbiqinin əsas məqsədi tədris prosesinin pozulmasının qarşısını almaqdır.

Nazirin sözlərinə görə, dərs zamanı şagirdlərin mobil telefondan danışmaq, oyun oynamaq və ya digər məqsədlərlə istifadə etməsi təlim prosesinə mənfi təsir göstərir, buna görə də bu sahədə vahid qaydaların tətbiqinə ehtiyac var.

O qeyd edib ki, şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilmir, lakin dərs müddətində telefonlardan istifadə yolverilməzdir və onlar müəyyən edilmiş qaydalara uyğun saxlanılmalıdır.

Emin Əmrullayev vurğulayıb ki, yalnız fövqəladə və ya təxirəsalınmaz hallarda istisnalar mümkündür.

Nazir əlavə edib ki, məqsəd telefonların məktəbə gətirilməsinin qarşısını almaq deyil, dərs vaxtı onlardan istifadənin tədris prosesinə mane olmasının qarşısını almaqdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az