logo
logo logo
logo

Kamran Əliyev Kəlbəcərdə prokurorluq oraqanlarının xidməti fəaliyyəti ilə tanış oldu - FOTOLAR

17:11 - 21 İyul 2026

Kamran Əliyev Kəlbəcərdə prokurorluq oraqanlarının xidməti fəaliyyəti ilə tanış oldu - FOTOLAR

Baş prokuror Kəlbəcər rayon prokurorluğunda və Kəlbəcər hərbi prokurorluğunda olub, prokurorluq orqanlarının kollektivləri ilə görüş keçirərək onların xidməti fəaliyyəti, vəzifə borclarının icrası, maddi-texniki təminatı, iş və sosial-məişət şəraiti ilə yerində tanış olub.


Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Səfər zamanı Baş prokurora prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri, o cümlədən vətəndaş müraciətlərinə baxılması barədə ətraflı məlumat təqdim edilib.

Baş prokuror əməkdaşlarla keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə hüquq qaydasının, qanunçuluğun və ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu vurğulayıb.

Bildirilib ki, həmin ərazilərdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin yüksək peşəkarlıq, prinsipiallıq və məsuliyyət hissi ilə icrası, cinayət təqibinin keyfiyyətinin yüksəldilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili, vətəndaş müraciətlərinə operativ, obyektiv və həssas yanaşılması, insan hüquq və azadlıqlarının, dövlət və ictimai maraqların etibarlı müdafiəsinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

Bundan başqa, prokurorluq əməkdaşlarının peşə hazırlığının davamlı olaraq artırılmasının, etik davranış qaydalarına ciddi riayət edilməsinin, iş intizamının möhkəmləndirilməsinin, icraatda olan cinayət işləri üzrə araşdırmaların keyfiyyət və səmərəliliyinin yüksəldilməsinin, prokurorluq fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının və cəmiyyətin prokurorluq orqanlarına etimadının daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı əməkdaşlarla fikir mübadiləsi aparılıb, onların təklif və müraciətləri dinlənilib, xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

Səfər çərçivəsində inzibati binalarda yaradılmış iş şəraiti və maddi-texniki təminatla da tanış olunaraq mövcud imkanların daha da yaxşılaşdırılması və prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Səfər zamanı Baş prokuroru Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov, Baş Prokurorluğun struktur qurumlarının rəhbər şəxsləri və digər məsul vəzifəli əməkdaşlar müşayiət ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az