AccessBank 22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri üçün Şamaxıya xüsusi səfər təşkil edib. Tədbirin məqsədi jurnalistlərin cəmiyyətin məlumatlandırılmasında oynadığı mühüm rola ehtiramı ifadə etmək, həmçinin Bank ilə media arasında formalaşmış səmərəli əməkdaşlığı daha da möhkəmləndirmək olub.
"Ulduzlar altında sözün
işığına yığışdıq" şüarı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar
üçün intellektual oyun təşkil olunub. Daha sonra media nümayəndələri Şamaxı
Astrofizika Rəsədxanasını ziyarət edərək Azərbaycanın aparıcı elmi mərkəzlərindən
birinin fəaliyyəti və burada həyata keçirilən elmi tədqiqatlarla tanış olublar.
Axşam saatlarında isə jurnalistlər teleskop vasitəsilə ulduzları və gecə səmasını
müşahidə etdilər.
Tədbir media nümayəndələri üçün
səmimi mühitdə ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq və Milli Mətbuat
Gününü fərqli konsepsiyada qeyd etmək imkanı yaradıb.
AccessBank media ilə açıq
dialoqa və qarşılıqlı etimada əsaslanan əməkdaşlığa xüsusi önəm verir. Bank peşəkar
jurnalistikanın cəmiyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirir və
media ilə uzunmüddətli tərəfdaşlığını gələcəkdə də uğurla davam etdirməyi hədəfləyir.
Dəyərli media nümayədələri, peşə
bayramınız mübarək!