logo
logo logo
logo

Araz Əhmədov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət etdi - FOTOLAR

23:53 - 22 İyul 2026

Araz Əhmədov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət etdi - FOTOLAR

22 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib.


Manset.az xəbər verir ki, görüş zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğı və problemləri dinlənilib. Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və bu siyasət Masallı rayonunda da ardıcıl şəkildə həyata keçirilir.

Araz Əhmədov şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların müraciətlərinin operativ həlli və hərtərəfli dəstəklə əhatə olunmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, aidiyyəti qurumların nümayəndələrinə ailənin qaldırdığı məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, dövlət tərəfindən şəhid ailələrinə göstərilən davamlı sosial dəstəyi yüksək qiymətləndirdiklərini bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Amid Yadulla oğlu Salayev Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə igidlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra Azərbaycan Respublikasının müvafiq medalları ilə təltif edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az