logo
logo logo
logo

"Evdə ilanla bərabər yatırıq" - VİDEO

22:50 - 26 İyul 2026

\"Evdə ilanla bərabər yatırıq\" - VİDEO

Paytaxtın Binəqədi rayonunda, "Görədil bağları" adlanan ərazində may ayında yağan yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.


Manset.az Baku tv-yə istinadən xəbər verir ki, hadisədən sonra qalın torpaq qatı evlərə, həyətlərə dolub.

Sakinlər iddia edirlər ki, hadisə nəticəsində bir neçə yaşayış evində çatlar əmələ gəlib və bəzi tikililər qəzalı vəziyyətə düşüb. Əraziyə aidiyyəti qurumların əməkdaşlarından heç kim gəlməyib:

"Axşamlar ilanlar da gəlir evə. İlanlarla bərabər yatırıq. Ona görə uşaqları evdən göndərmişəm".

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan mövzu ilə bağlı yerində araşdırma aparılıb və vətəndaşa müvafiq izahat verilib. Onlara deyilib ki, ərazidə torpağın özbaşına daşınması nisbi hündürlükdə yerləşən fərdi yaşayış evlərinə təhlükə törədə bilər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az