logo
logo logo
logo

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olundu - FOTOLAR

21:07 - 25 İyul 2026

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olundu - FOTOLAR

İyulun 24-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 2026-cı il üçün Azərbaycanın idman paytaxtı seçilən Qazaxda avarçəkmə tədbiri keçirilib.


Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində təşkil olunan tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının idmançı və məşqçi heyəti ilə yanaşı, rayon sakinləri də iştirak edib. Tədbir zamanı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib.

Daha sonra kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar baş tutub. Ardınca su idman növlərinə maraq göstərən yerli sakinlərə peşəkar məşqçilər tərəfindən həvəskarlar üçün nəzərdə tutulmuş kayak qayığının idarə edilməsi yönündə təlimlər keçilib. Onlara avarçəkmə idmanında özünü sınamaq imkanı yaradılıb. Tədbir yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, federasiya su idman növlərinin ölkəmizdə coğrafiyasının genişləndirilməsi və daha çox kütləyə çatdırılması üçün bu cür tədbirlərin müxtəlif bölgələrdə mütəmadi keçirilməsini planlaşdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az