logo
logo logo
logo

Bu ərazilərdə 2 gün su olmayacaq

11:47 - 28 İyul 2026

Bu ərazilərdə 2 gün su olmayacaq

Bakı və Abşeronun bəzi ərazilərində su təminatında fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. 

Bildirilib ki, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunacaq.

Bu işlər çərçivəsində 28 iyul səhər saatlarından 30 iyul günorta saatlarınadək su təminatında fasilə olacaq.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az