logo
logo logo
logo

Yüksək temperatur ürək xəstələri üçün təhlükəlidir - Xəbərdarlıq

22:32 - 28 İyul 2026

Yüksək temperatur ürək xəstələri üçün təhlükəlidir - Xəbərdarlıq

Qızmar istilər ürək-damar xəstəlikləri olan insanlar üçün ciddi risk yaradır.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kardioloqlar bildirirlər ki, əvvəllər infarkt keçirmiş, bypass əməliyyatı keçirmiş, stent qoydurmuş və hipertoniya diaqnozu alan şəxslər xüsusilə diqqətli olmalıdır.

Mütəxəssislərin sözlərinə görə, həddindən artıq yorğunluq, sinədə sıxılma, soyuq tərləmə, ürək döyüntüsünün nizamsızlaşması və çaşqınlıq kimi əlamətlər müşahidə olunarsa, dərhal tibbi yardım alınmalıdır.

Həkimlər isti havalarda kifayət qədər maye qəbul etməyi, meyvə-tərəvəzlə elektrolit balansını qorumağı, ağır fiziki fəaliyyətdən uzaq durmağı və xüsusilə saat 09:00–16:00 arasında çölə çıxmamağı tövsiyə edirlər.

Mütəxəssislər həmçinin "bayram ürək sindromu" adlandırılan ritm pozğunluğuna da diqqət çəkiblər. Bildirilib ki, yuxusuzluq, stress, susuzlaşma, ağır qidalanma və həddindən artıq kofein qəbulu hətta ürək xəstəliyi olmayan şəxslərdə də müvəqqəti ritm pozğunluğuna səbəb ola bilər. Bu riski azaltmaq üçün kifayət qədər su içmək, balanslı qidalanmaq və istidə intensiv fiziki fəaliyyətdən çəkinmək tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az