logo
logo logo
logo

Hacan Hacısoy vəfat etdi

23:33 - 28 İyul 2026

Hacan Hacısoy vəfat etdi

Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hacan Hacısoyun ailəsindən məlumat verilib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Qeyd edək ki, bu yaxınlarda Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunmuşdu.

    Hacan Hacısoy elm, diplomatiya və ədəbiyyat sahələrində uzun illər fəaliyyət göstərib. O, bir neçə şeir kitabının müəllifi olmaqla yanaşı, çoxsaylı elmi və bədii əsərlər qələmə alıb.

    Hacan Hacısoy 1996–2004-cü illərdə Azərbaycanın Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Son illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji fəaliyyətini davam etdirirdi. Onun elmi, ədəbi və diplomatik fəaliyyəti ilə bağlı çoxsaylı kitabları nəşr olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az