Düzgün qidalanma və sağlam həyat tərzi yaşla bağlı yaddaş zəifləməsinin qarşısını almağa kömək edə bilər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, beyin sağlamlığı üçün B kompleks vitaminləri, C vitamini, omeqa-3 yağ turşuları və antioksidantlarla zəngin qidalar tövsiyə olunur. B12 vitamini çatışmazlığı yaddaş problemlərinə səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, qaragilə, yumurta, yaşıl çay, balıq, yarpaqlı yaşıl tərəvəzlər, fol turşusu ilə zəngin qidalar və fıstıq yaddaşı dəstəkləyən əsas qidalar sırasındadır. Xüsusilə omeqa-3 mənbəyi olan qızılbalıq, tuna, qoz və kətan toxumu beyin fəaliyyəti üçün faydalı hesab olunur.
Bununla yanaşı, müntəzəm yuxu, fiziki aktivlik, beyni stimullaşdıran fəaliyyətlər, stressin azaldılması və siqaretdən uzaq durmaq yaddaşın qorunmasında mühüm rol oynayır.