logo
logo logo
logo

Baş prokuror vətəndaşları qəbul edəcək

11:45 - 29 İyul 2026

Baş prokuror vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 7-də, saat 10:00-da Laçın rayon prokurorluğunun inzibati binasında Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.


Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Laçın rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az