logo
logo logo
logo

Lənkəranda toyuqlar kütləvi tələf olur

13:06 - 29 İyul 2026

Lənkəranda toyuqlar kütləvi tələf olur

Lənkəran rayonunda ev quşları, xüsusilə toyuqlar arasında kütləvi tələfat halları müşahidə olunur.


Manset.az-ın məlumatına görə, xəstələnən quşlar qısa müddət ərzində zəifləyir, yemdən kəsilir, qarın nahiyəsində şişkinlik yaranır və ağızlarından maye axır. Daha sonra isə quşlar tələf olur.

Sakinlərin sözlərinə görə, xəstəlik bir təsərrüfatda aşkarlandıqdan sonra bir neçə gün ərzində oradakı digər quşlara da sürətlə yayılır. Sakinlər qeyd edirlər ki, gördükləri qabaqlayıcı tədbirlər və tətbiq etdikləri vasitələr hələlik nəticə verməyib.

Ev quşları arasında müşahidə olunan kütləvi tələfat halları təkcə Lənkəranda deyil, Cəlilabad rayonunun bəzi kəndlərində də qeydə alınıb.

Sakinlər aidiyyəti qurumlardan vəziyyətin araşdırılmasını, xəstəliyin səbəbinin müəyyənləşdirilməsini və zəruri profilaktik tədbirlərin görülməsini xahiş edirlər.


Nuranə Alisoy 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az