logo
logo logo
logo

Yayda qidalanma ilə bağlı vacib xəbərdarlıq

21:44 - 29 İyul 2026

Yayda qidalanma ilə bağlı vacib xəbərdarlıq

Yay aylarında sürətli arıqlamaq məqsədilə tətbiq olunan sərt pəhrizlər sağlamlıq üçün risk yarada bilər.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, isti havalarda qəfil pəhrizə keçid əzələ və su itkisinə səbəb olaraq maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu səbəbdən sağlam çəki nəzarəti üçün balanslı qidalanma, əsas yeməkləri buraxmamaq və kifayət qədər su qəbul etmək vacibdir.

Yayda tərləmə nəticəsində orqanizm daha çox maye və mineral itirir. Kifayət qədər su içilməməsi yorğunluq, baş ağrısı və diqqət pozğunluğu kimi problemlərə səbəb ola bilər. Mütəxəssislər gün ərzində susuzluq hissini gözləmədən mütəmadi su içməyi tövsiyə edirlər.

Bundan əlavə, mövsümi meyvə-tərəvəzlərə üstünlük verilməsi, şəkərli və qazlı içkilər əvəzinə su, ayran və süd istehlakı, qızardılmış yeməklərdən uzaq durulması məsləhət görülür. Həmçinin isti havalarda qida zəhərlənməsi riskinə görə tez xarab olan məhsulların düzgün saxlanılması və meyvə-tərəvəzin yaxşı yuyulması vacib hesab edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az