logo
logo logo
logo

Şəkidə "Yay məktəbi" təşkil olunacaq

23:01 - 29 İyul 2026

Şəkidə \"Yay məktəbi\" təşkil olunacaq

3-5 avqust tarixlərində Şəki şəhər Uşaq İncəsənət Məktəbində 9-15 yaşlı uşaqlar üçün "Yay məktəbi" layihəsi həyata keçiriləcək.


Manset.az xəbər verir ki, layihənin məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması, rəqəmsal və bədii bacarıqlarının təkmilləşdirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün yaradıcı və öyrədici mühitin formalaşdırılmasıdır.

Proqram çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlar, fortepiano, rəssamlıq, heykəltaraşlıq, ədəbiyyat və rəqs istiqamətləri üzrə ustad dərslərinə qatılacaq, açıq havada yaradıcı oyunlara qoşulacaq və layihə müddətində hazırladıqları işlərini  sərgidə nümayiş etdirəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az