logo
logo logo
logo

Sabah bu ərazilərdə işıq OLMAYACAQ 

15:19 - 02 Avqust 2026

Sabah bu ərazilərdə işıq OLMAYACAQ 

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata görə, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq.

Bununla əlaqədar olaraq, avqustun 3-də saat 05:00-dan 07:00-dək Məktəb, Xətai Qəsəbə və Asfalt Zavod hava elektrik verilişi xətləri üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Nəticədə Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələrində, həmçinin Abbas Zamanov və Xətai küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri elektrik enerjisi ilə təmin olunacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az