logo
logo logo
logo

"Quba Palace"da qolf turniri keçirildi - FOTO/VİDEO

11:25 - 04 Avqust 2026

\"Quba Palace\"da qolf turniri keçirildi - FOTO/VİDEO

Azərbaycanda ilk dəfə yeniyetmələr arasında "Caspian Junior Cup 2026” beynəlxalq qolf turniri təşkil olunub.


Manset.az xəbər verir ki, Quba Palace Hotelin nəzdində fəaliyyət göstərən The National Azerbaijan Golf Clubda Hotelin təşkilatçılığı ilə keçirilən yarışda Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar iştirak ediblər.

Turnir beynəlxalq yeniyetmələr üçün təşkil olunan qolf düşərgəsinin yekun tədbiri olub.

Mükafatlandırma mərasimində iştirakçı ölkələrin Azərbaycandakı diplomatları, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

"Caspian Junior Cup 2026” uşaq və yeniyetmə qolfunun inkişafına dəstək vermək, regional idman əməkdaşlığını gücləndirmək və Azərbaycanın beynəlxalq qolf xəritəsində mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyır.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az