ABŞ-də yaşayan azərbaycanlı alim Rüstəm Hacıyev Bethel College-də rəhbər vəzifəyə təyin olunub.
Manset.az xəbər verir ki, azərbaycanlı alim və idman menecmenti üzrə mütəxəssis Rüstəm Hacıyev, Ph.D., MBA, ABŞ-ın Kanzas ştatında yerləşən Bethel College universitetində Associate Professor və Sport Management Program Director (Dosent və İdman Menecmenti Proqramının Direktoru) vəzifəsinə təyin olunub.
Rüstəm Hacıyev uzun illər ali təhsil, idman menecmenti, akademik idarəetmə və elmi-tədqiqat sahəsində fəaliyyət göstərib. O, doktorluq (Ph.D.) və MBA dərəcələrinə malik olmaqla yanaşı, beynəlxalq elmi konfranslarda, akademik layihələrdə və universitet proqramlarının inkişafında fəal iştirak edib.
Bildirək ki, yeni vəzifəsində Hacıyev Bethel College-in İdman Menecmenti proqramına rəhbərlik edəcək, proqramın strateji inkişafını həyata keçirəcək, tələbələrin peşəkar hazırlığına, tədris prosesinin təkmilləşdirilməsinə və universitetin akademik fəaliyyətinin genişləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, 1887-ci ildə əsası qoyulan Bethel College ABŞ-ın tanınmış özəl ali təhsil müəssisələrindən biridir. Universitet yüksək akademik standartları, beynəlxalq əməkdaşlıqları və tələbəyönümlü təhsil modeli ilə seçilir.
Manşet.az