logo
logo logo
logo

Bu günün hava proqnozu - Şimşək çaxacaq, yağış yağacaq

09:18 - 07 Sentyabr 2026

Bu günün hava proqnozu - Şimşək çaxacaq, yağış yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.


Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 20-23°, gündüz 28-32°, axşam 26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az