logo
logo logo
logo

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir - “Çox ciddi problemlər var” - VİDEO

23:51 - 07 Sentyabr 2026

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir - “Çox ciddi problemlər var” - VİDEO

“Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər”.


Manset.az Bakupost-a istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, keçmiş təhsil naziri Misir Mərdanov deyib.

O, universitetlərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin MİQ imtahanına hazırlanması ilə bağlı problemlərin olduğunu bildirib:

“Məsələn, indi MİQ imtahanı keçirilir. Dövlət İmtahan Komissiyası bu şəxsə müəllimlik ixtisası üzrə diplom verir, sonra həmin şəxs gedib yenidən MİQ imtahanı verir. Elə MİQ imtahanını da burada keçirin. Amma tələbəni də MİQ-ə hazırlayın da. MİQ-də verilən sualların heç birindən tələbənin xəbəri yoxdur.

Mən dördüncü kurs tələbələri ilə görüşmüşəm. Deyirlər ki, ya özəl məktəblərə gedəcəyik, çünki orada MİQ imtahanı yoxdur, ya da başqa sahəyə. MİQ imtahanından da ona görə keçə bilmirlər ki, həmin sualları öyrənməyiblər”.

M.Mərdanov BDU-nun tədris planında dəyişiklik etmək üçün artıq 6 aydır çalışdığını, lakin bu istiqamətdə müəyyən çətinliklərin olduğunu bildirib:

“Mən təhsil sahəsində cəmiyyətdə müəyyən qədər sözü keçən adamlardan biriyəm. Lazım olsa, nazirlə də, müavinləri ilə də, rektorlarla da danışa bilərəm. Mən hələ 6 aydır bizim universitetdə tədris planında dəyişiklik istiqamətində çalışıram, hələlik onu həll edə bilməmişəm.Bilirsiniz, niyə edə bilmirəm? Çünki mənə deyirlər ki, Misir müəllim, bax, burada bu müəllimlər bu dərsi keçir.

Sən dediyin olsa, o müəllimlər nə olacaq?. Sən onların çörəklərinə bais olacaqsan.Ancaq mən çalışıram ki, o müəllimlərə az ziyan olmaqla ən azı həmin dəyişikliyi edim. Məsələn, orta məktəbdə riyaziyyat müəllimi olacaq adam bilmir ki, riyaziyyatın tədrisi metodikası nədir. Bu gedib necə müəllim olacaq? Çox ciddi problemlər var”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az