logo
logo logo
logo

TƏBİB-də yeni TƏYİNAT

14:32 - 08 Sentyabr 2026

TƏBİB-də yeni TƏYİNAT

İnarə Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.


Manset.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, İ.Mirhəsənova fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb. Karyerasının son 10 ilini PAŞA Qrupunda davam etdirərək Qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Yeni təyinatından əvvəl İnarə Mirhəsənova “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az