Lənkəran rayonu, Qrumba kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı məlumat yayılıb.
Manset.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidə kənd sakini Hacıməmməd Nəciyev tərəfindən tikinti işləri aparılarkən bioloji inkişafda olan feyxoa kollarının kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.