logo
logo logo
logo

Şəkiyə evlilik ildönümünü qeyd etməkçün gedibmiş - DOST başsağlığı verdi 

12:29 - 09 Sentyabr 2026

Şəkiyə evlilik ildönümünü qeyd etməkçün gedibmiş - DOST başsağlığı verdi 

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi dünən Şəki rayonunda yerləşən istirahət mərkəzində baş vermiş faciədə həlak olan əməkdaşı ilə bağlı başsağlığı mesajı yayımlayıb.


Manset.az xəbər verir ki, qurumun yaydığı paylaşımda deyilir:

“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı Ucal Bayramov Şəkidə faciəvi qəzada vəfat edib. Gənc həmkarımızın vaxtsız vəfatından kədərləndiyimizi bildirir və doğmalarına dərin hüznlə başsağlığı veririk.

Onun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!”

Qeyd edək ki, U.Bayramovun yaxınları sosial şəbəkədə onun ötən ilin 7 sentyabrında evləndiyini və dünən Şəkidəki istirahət mərkəzinə evliliyinin 1-ci ildönümünü qeyd etmək məqsədilə getdiyini bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az