logo
logo logo
logo

Qaley Allahverdiyevin “Azərbaycan Respublikasının dil siyasəti” kitabı nəşr olundu

15:30 - 09 Sentyabr 2026

Qaley Allahverdiyevin “Azərbaycan Respublikasının dil siyasəti” kitabı nəşr olundu

Azərbaycan Dillər Universitetinin professoru, fövqəladə və səlahiyyətli səfir Qaley Allahverdiyevin müəllifi olduğu “Azərbaycan Respublikasının dil siyasəti” kitabı nəşr olunub. Kitab Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunub.


Manset.az xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının qərarına əsasən çap olunan nəşrin məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlı, ədəbi redaktoru isə Loğman Rəşidzadədir.

Nəşrdə Azərbaycan dilinin tarixi, inkişafı və dövlət dili kimi formalaşması ilə yanaşı, ölkənin dil siyasətinin əsas istiqamətləri və bu siyasətin müxtəlif dövrlərdə həyata keçirilməsi ilə bağlı məsələlərə diqqət yetirilir.

Nəşrdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dili ilə bağlı fikirlərinə geniş yer verilib. Kitabda Ulu Öndərin “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq, xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur” fikirləri öz əksini tapıb.

Kitabın ön söz müəllifi akademik Nizami Cəfərov nəşri yüksək qiymətləndirərək Azərbaycan dilinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərinə diqqət çəkib.

Nizami Cəfərov ön sözdə qeyd edib: “Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri, sözün böyük mənasında, tarixi xidmətlərdir ki, bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılmış, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılmışdır. Mütəxəssislərin, demək olar ki, hamısı belə bir möhkəm qənaətdədirlər ki, Heydər Əliyevin milli dil quruculuğu siyasəti onun milli dövlət (və millət!) quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub bütöv bir sistem təşkil edir. Və doğrudan da, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son illərə qədər Azərbaycanda apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir ki, bu da yalnız dahilərə məxsus bir keyfiyyətdir.

Azərbaycan dilinin inkişafı, təkmilləşdirilməsi, bu günü və gələcəyi barədə dövlətimiz bir sıra mühüm qərarlar qəbul etmiş və həyata keçirilməsini gerçəkləşdirmişdir. Prof. Dr. Fövqəladə və səlahiyyətli səfir Qaley Allahverdiyevin müəllifi olduğu “Azərbaycan Respublikasının dil siyasəti” kitabını Azərbaycan dili ilə bağlı məsələləri əhatə edən sanballı nəşrlərdən hesab etmək olar. Kitabda dövlətimizin və xalqımızın Ümummilli Lider Heydər Əliyevin dilimizin saflığının qorunması, dillər arasında nüfuzunun artması, dilçilik elminin inkişafına qayğısı və dövlətimizin dillə bağlı yürütdüyü siyasətin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dolğun, əhatəli faktoloji material və sənədlərlə əksini tapmışdır”.

Kitabda qeyd olunur ki, Prezident İlham Əliyev fəaliyyəti dövründə elm və təhsili daim diqqətdə saxlamış, onlara qayğı ilə yanaşmış, bununla da ölkəmizdə bu sahənin sürətli inkişafını təmin etmişdir. Xalqımız İlham Əliyevin rəhbərliyi ilə özünün milli-mənəvi irsinə və bəşəri dəyərlərinə sahib çıxmış, onun kimliyini təşkil edən və millət kimi tanıdan dilimiz isə daim Prezidentin diqqətində olmuş, bu istiqamətdə bir sıra real uğurlar əldə edilmişdir. O, çıxışlarında ana dilinin, ədəbi-bədiiyyatın rolunu həmişə önə çəkmiş, dövlət atributlarından söz açarkən dilimizə, onun əlifbasına xüsusi əhəmiyyət vermiş, onların qorunması və inkişafı ilə bağlı məsələlərin həyata keçirilməsini ön plana çəkilmişdir. “Biz millət kimi qorunub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir” şüarını rəhbər tutmuşdur.

Qeyd edək ki, kitab “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az