Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) “AHİK könüllüləri” layihəsinin iştirakçıları Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar.
Manset.az xəbər verir ki, AHİK könüllüləri kitabxananın zəngin
informasiya-biblioqrafiya fondu, nadir nəşr nümunələri, müasir standartlara
cavab verən elektron resursları və müxtəlif mövzuları əhatə edən xüsusi
kolleksiyaları ilə maraqlanıblar.
Kitabxana əməkdaşları gənclərə müəssisənin
tarixi, oxu zallarının fəaliyyəti, eləcə də dövlətçilik tariximizi əks etdirən
nəşrlər barədə ətraflı məlumat veriblər.
Ziyarət çərçivəsində AHİK könüllüləri
Prezident Kitabxanasının rəsmi oxucuları sırasına daxil ediliblər. Bu təşəbbüs
gənclərin şəxsi və peşəkar inkişafına, elmi-tədqiqat prosesinə cəlb olunmasına,
eləcə də gələcək fəaliyyətlərində etibarlı informasiya mənbələrindən səmərəli
istifadə imkanlarının genişləndirilməsinə xidmət edir.